Prezident onları vəzifəsindən azad etdi

ÖLKƏ
16:56
6 May 2020
241

Prezident İlham Əliyev Ali Məhkəmənin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.4-cü bəndini nəzərə alaraq qərara alınır:

1. Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilsin.

2. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti