Velosiped oğurlaması kameraya düşsə də, bir ildir ki, tapılmır - Video

XƏBƏR
15:21
6 May 2020
45

Bakıda yaşayış binasından bir il əvvəl velosiped oğurlanmasına görə cinayətin üstü hələ də açılmayıb.

Sabah.az xəbər verir ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 11e ünvanında 22 may 2019-cu il tarixdə naməlum şəxsin binaya girişi, "Volf" markalı sürətötürücülü velosipedi götürüb getməsi, yəni cinayət anı kameraya düşüb. Görüntülərdə həmin şəxsin üzü aydın görünsə də, polis bir ildir bu cinayətin üstünü aça bilmir. Hadisə və onun videogörüntüsü Yasamal RPİ 29-cu Polis Bölməsinə təqdim edilib. Eyni zamanda, 102 xidmətinə də məlumat verilib. Şübhəli şəxs binadan 400 manat dəyərində velosiped oğurlayıb.

Bunun ardınca isə daha 5 velosiped oğurlanıb. Zərərçəkən bildirir ki, cinayətlərin açılmaması oğruları daha da həvəsləndirir: “Yeni Yasamalda isə belə hadisələrin sayı-hesabı yoxdur. Belə cinayətkar şəbəkələrin özlərini toxunulmaz hiss etməsi onların sırasını genişləndirir və işlərinin "səmərəliliyini" daha da artırır”.

Xəbər lenti