Ceyhun Əli parlamentin yeni mətbuat katibi oldu

ÖLKƏ
14:22
6 May 2020
88

Milli Məclisin Mətbuat Xidməti vəzifəsinə tanınmış teleaparıcı Ceyhun Əli təyin olunub.

Sabah.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, ötən gün sözügedən vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin olunması barədə xəbər yayılıb. E.Məmmədli də mediaya açıqlamasında təyinatını təsdiqləmişdi.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

***

Ceyhun Əli uzun müddət ATV kanalında xəbər aparıcısı olub. Daha sonra isə 2018-ci ildə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddətdir ki, İTV kanalında xəbər aparıcısıdır.

Xəbər lenti