Qəhrəman İbrahimovun cənazəsi ailəsinə təhvil verildi

GÜNDƏM
11:16
6 May 2020
167

Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən öldürülən Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi bu gün qəbul edil­ib.

Sabah.az xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Artıq cənazə mərhumun ailəsinə təhvil verilib.

Xatırladaq ki, Q. İbrahimov 30 apreldə Xəzər dənizinin mərkəzi istiqamə­tində Qazaxıstanın Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində vəfat etmişdi.

Xəbər lenti