Azərbaycan neftinin son qiyməti

İQTİSADİYYAT
10:51
6 May 2020
379

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft kəskin bahalaşıb.

Sabah.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 5,43 dollar artaraq 29,54 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti