Bakıdakı bu yol qəzalara səbəb olur - Nişanlara görə+Video
Bakıda yolda nişanlanmanın düzgün aparılmaması gecə saatlarında qəzalara səbəb olur.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət bir müddətdir ki, təmirə dayanan Bibiheybət yolundan gedir.
Yolda təmir işləri aparıldığından hərəkət qadağan edilib. Lakin təmir barədə nişanların olmaması çaşqınlıq yaradır.
"Giriş qadağandır" nişanından maneəyə qədər məsafə təxminən 30 metrdir və yolda sürət həddi 60 kilometr saatdır. Bu sürətlə hərəkət edən avtomobilin ani tormozlanma ilə dayanma məsafəsi üçün minimum 33 metr yol lazımdır.
Sürücülər yolayrıcılarında məlumatverici nişanların olmaması səbəbindən yollarını uzatdıqlarını deyirlər. Qaranlıq vaxtı isə təhlükə əksər sürücü üçün var.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 71-ci maddəsinə əsasən təmir gedən yolda məlumatverici nişanlar mütləq olmalıdır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirdilər ki, əraziyə baxış keçiriləcək, ehtiyac olduğu halda lazımi nişanlar yerləşdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox