“Beşiktaş”da 5 futbolçu karantinə alındı
Türkiyənin “Beşiktaş” klubu koronavirus pandemiyası səbəbindən martda fasilə verdiyi məşqləri bərpa edib.
Sabah.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda üzvləri klubun bazasında bir araya gəlib. Futbolçuların sosial məsafə qaydalarına riayət etməklə hazırlaşdığı bildirilib.
Superliqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri də İstanbula qayıdıblar. Çarter reysi ilə Türkiyəyə dönən Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu dərhal karantinə alınıb. Onların 14 gündən sonra məşqlərə başlaya biləcəyi qeyd olunub.
Daha çox