Abşeronda iki avtomobil toqquşdu, ölən var

HADİSƏ
22:58
5 May 2020
103

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Saray qəsəbəsində “İran Khodro” və “LADA” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “İran Khodro” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti