TƏBİB COVİD-19-la bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
22:03
5 May 2020
49

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 385 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 5-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 164 481 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 76 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 28 nəfər sağalıb. İndiyə kimi ölkədə 2 060 nəfərdə koronavirus aşkarlanıb, onlardan 26 nəfəri dünyasını dəyişib, 1 508 şəxs sağalıb.

Xəbər lenti