Bu sahələrdə fəaliyyət başladı, qaydalar pozuldu - Cəza tətbiq olunacaq?+Video

ÖLKƏ
21:46
5 May 2020
251

Ticarət mərkəzlərində də satıcıların və alıcıların tibbi maskalardan istifadəsi məcburi olsa da, demək olar ki, bu qaydaya əməl edilmir.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, diqqət çəkən digər bir məqam isə ticarət mərkəzlərində virusdan qorunmaq üçün alıcılar arasında sosial məsafənin gözlənilməməsi oldu.

Metodik vəsaitdə qeyd olunan qayalardan biri də ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyasının aparılması ilə bağlıdır. Ancaq çəkiliş aparılan bir neçə ticarət mərkəzində demək olar ki, buna rast gəlinməyib.

Kitab, qəzet və dəftərxana mallarının satışı olan mağazalarda da vətəndaşlara xidmət göstərən satıcılar fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Bəs metodik göstərişdə qeyd olunan bu qaydaları pozan şəxslər barəsində cərimə tətbiq edilə bilərmi?

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib ki, hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq belə davam edərsə, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər. İstənilən halda dövlət koronavirus pandemiyasının geniş yayılmaması üçün bütün zəruri tədbirləri görür. Bu məqsədlə də həm vətəndaşlar, həm də xidmət sahələrində çalışan şəxslər göstərilən qaydalara ciddi əməl etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti