Cəlilabadda evin divarına atəş açan şəxslər saxlanıldı
Aprelin 19-da Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimova polisə müraciət edərək 1 gün əvvəl saat 22 radələrində yaşadığı evə girmiş naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirib.
Sabah.az DİN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Daha çox