DTX bu dəfə İmişli İcra Hakimiyyətinə girdi - Foto+Yenilənib
Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olub.
Sabah.az Musavat.com-a istinadən xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparırlar.
Qeyd edək ki, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.
***
“BakuPost”un məlumatına görə, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb. Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir.
Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.
Daha çox