MSK-ya tam hesabat verməyən dairələr

ÖLKƏ
10:11
13 Fevral 2020
109

Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.

Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.

Xəbər lenti