Almaniya futbolunda 10 nəfərdə koronavirus tapılıb

İDMAN
00:30
5 May 2020
43

Almaniya Futbol Liqası (DFL) klubların koronavirus testinin nəticəsini açıqlayıb.

Sabah.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ilk sınaqda birinci və ikinci Bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla, ümumilikdə 1724 test edilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb.

Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Əgər yeni yoluxma aşkarlanmasa, klublar qrup məşqlərini bərpa edə biləcəklər.

Əlavə olaraq oyunçuların könüllü olaraq testdən keçmək imkanın olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.

Xəbər lenti