Yol kənarında alça satan uşağı maşın vurdu

HADİSƏ
23:57
4 May 2020
115

Sabirabadda avtomobil piyadanı vurub.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Səyyad Mübariz oğlu Əmirov yol kənarında alça satan zaman "Hyundai" markalı minik avtomobili onu vurub. S.Əmirov Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti