İspaniyada klubların məşqlərə başlamasına icazə verildi

İDMAN
23:17
4 May 2020
70

La Liqa rəhbərliyi klubların məşqlərə başlaya biləcəyini açıqlayıb.

Sabah.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa və Sequnda təmsilçiləri bu həftə hazırlıqları bərpa edə biləcək. Futbolçuların fərdi qaydada məşq etməsinə icazə verildiyi vurğulanıb.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İspaniya La Liqasında mövsümün iyunda bərpası planlaşdırılır.

Xəbər lenti