Bakıda avtomobil ağaca və dirəyə çırpıldı, xəsarət alan var - Foto

HADİSƏ
22:07
4 May 2020
103

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Vaqif prospektində baş verib.

Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti