Şəmkirdə silahlı insident - Xəsarət alan var

HADİSƏ
20:58
4 May 2020
90

Şəmkirdə silahlı insdent baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaranü kəndində qeydə alınb.

Sözügedən kənddə güllələnmə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi - 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb. Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti