Bugünkü 52 yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb

GÜNDƏM
19:46
4 May 2020
324

Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:

"Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər".

Xatırladaq ki, Operativ Qərargahın bu gün açıqladığı məlumata görə, Azərbaycanda 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Xəbər lenti