Avtobuslarda arakəsmələr quraşdırılacaq

ÖLKƏ
18:57
4 May 2020
78

Bakıdakı avtobuslarda şəffaf arakəsmələrin quraşdırılması müzakirə olunur.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Qurum rəhbərinin sözlərinə görə, bu gündən etibarən daşıyıcı şirkətlərə, eləcə də taksilərə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı tələb qoyulub.

"Hazırda bu sahədə qanunvericiliyə dəyişiklərlə bağlı layihə hazırlanır", - deyə V.Kərimli bildirib.

Xəbər lenti