Bıçaqlandı, xəsarət yetirənin adını demədi

HADİSƏ
17:54
4 May 2020
82

Bu gün gecə saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, şəhər sakini Vüqar Şixbalayev qarının sol tərəfinin ön divarının kəsilmiş-deşilmiş yarası, sərxoşluq diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, zərəçəkmiş saat 00:30-da ailə üzvləri tərəfindən yaşadığı evin yaxınlığındakı küçədə yaralı vəziyyətdə aşkar edilib.

Şüurunun açıq olmasına baxmayaraq nə ailəsinə, nə də xəstəxananın həkimlərinə ona xəsarət yetirən şəxsin kim olması barədə məlumat verməyib. Daha sonra cərrahi əməliyyat edildiyindən dindirilməsi mümkün olmayıb.

Faktla bağlı cinayət işi başladılıb, istintaq aparılır.

Xəbər lenti