Oqtay Şirəliyevdən yeni təyinat
Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə yeni təyinat olub.
Sabah.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Oqtay Şirəliyevin 4 aprel tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
O, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin olunub.
Daha çox