Kürdəmirdəki qəzada ölənlərin sayı 6-ya çatdı - Yenilənib

HADİSƏ
19:00
4 May 2020
260

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

2 yaşlı Sabir Ceyhun oğlu Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Onun əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində yaralanan 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev də xəstəxanada vəfat edib.  

***

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, vəfat edən 9 yaşlı uşaqdır.         

Xəbər lenti