"Final" yenə sosial mövqeyi ilə fərqləndi - Video
"Final” qida məhsulları markası yenidən respublikamızın sakinlərinə yönəlmiş sosial mövqeyi ilə fərqlənib.
Sabah.az-a şirkətdən verilən məlumata görə, brend “Biganə Qalma” xeyriyyə layihəsinə qatılaraq, aztəminatlı ailələrin ehtiyacları üçün 4800 litr günəbaxan yağı ianə edib. Koronavirus pandemiyası və onunla əlaqədar tətbiq olunan karantin tədbirləri dünyanın həssas təbəqəsindən olan əhalisinə zərər vurdu və Azərbaycan da istisna deyil. Alış-veriş etmək üçün evlərindən çıxa bilməyən yaşlı insanlar kömək istəməyə məcbur olurlar. Natamam, böyük ailələr, gündəlik qazanclarından asılı olan insanlar da bu günlərdə çətinliklərlə qarşılaşdılar.
Pandemiya zamanı müvəqqəti işsiz qalan insanlara və sahibkarlara dövlət səviyyəsində göstərilən yardımla yanaşı mərhəmətli Azərbaycan xalqı da kənarda qala bilmədi. Qısa müddət ərzində ölkədə ictimai xeyriyyə hərəkatları aktivləşdi və bu çətin günlərdə ehtiyacı olanları problemləri ilə təkbətək qoymamaq məqsədi ilə onlara kömək əlini uzatmağa çalışdı.
Bu təşəbbüslərdən biri "Biganə Qalma" şüarı ilə fəaliyyətə başlayan bir qrup gəncin yaratdığı xeyriyyə aksiyası oldu. 130 gənc könüllüdən ibarət komanda hər gün ehtiyacı olanların evlərinə gedib, onlara ərzaq qutuları payladı. Gündən-günə müraciətlərin sayı artmağa başladı və təşkilatçılar lazımi dəstəyi verə biləcək sponsorları cəlb etməyə məcbur oldular.
"Final” qida məhsulları markası kənarda qala bilmədi və könüllülərə 4800 litr günəbaxan yağı bağışladı. Bitki yağına qənaət edilən pulla, kampaniyanın təşkilatçıları hər bir ərzaq qutusunun tərkib hissəsi olan digər ərzaq məhsullarını əldə edə bildilər və bununla karantin dövründə çətin vəziyyətdə qalan daha çox insana yardım əlini uzada bildilər.
Yüksək keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, “Final” brendi hər zaman insanlara daha yaxın olmağa, həm kədərli, həm də sevincli günlərində yanında olmağa çalışır.
Tərkibində xolesterin, trans yağ və konservantlar olmayan yüksək keyfiyyətli "Final” qida məhsulları sizin sağlam qidalanmanızın qayğısına qalmaqla yanaşı, əhval-ruhiyyənizin də yüksək olmasında fəal iştirak edir və çətin zamanda sizi tək qoymur.
Öz ənənəsinə sadiq qalan "Final” qida məhsulları markası, istehlakçılarını məmnun etməyə yönəlmiş dəyərlərinin reallaşmasına daim dəstək verməyə davam edəcək.
Daha çox