İki qardaş tərəfindən qaçırılan maşın dirəyə çırpıldı

HADİSƏ
13:00
4 May 2020
75

Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobili Saray qəsəbəsi ərazisindən qaçırılıb.

Sabah.az xəbər verir ki, bu barədə polisə məlumat daxil olub. Hadisə mayın 2-də saat 22 radələrində qeydə alınıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti