2 avtomobil toqquşdu, 5 yaralı var - Foto

HADİSƏ
09:18
13 Fevral 2020
40

Bakının Surxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Bahar qəsəbəsində "Tofaş" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "Opel"in sürücüsü İntiqam Məmmədov, "Tofaş"ın sürücüsü 1984-cü il təvəllüdlü Səfərov Fərhad Nazim oğlu və sərnişinləri - 1984-cü il təvəllüdlü Ustinov Sergey Qriqori oğlu, 1992-ci il təvəllüdlü Qasımova Zəminə İbrahim qızı və 1995-ci il təvəllüdlü Abuluaslanov Sərxan Xaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti