İtaliyanın iki klubu məşqləri bərpa edəcəyini açıqladı

İDMAN
01:54
3 May 2020
93

İtaliya A Seriyasında mübarizə aparan klublardan ikisi məşqlərə başlayacaqları tarixi açıqlayıb.

Sabah.az xəbər verir ki, bunlar “Sassuolo” və “Bolonya”dır.

Hər iki klub rəsmi saytı vasitəsilə açıqlama yayıb. “Sassuolo” komandanın mayın 4-dən etibarən klubun bazasında fərdi məşqləri bərpa edəcəyini bəyan edib. Futbolçular yalnız açıq məşq sahələrində, sosial məsafəni qorumaq şərtilə hazırlıq keçəcəklər. Paltardəyişmə otaqları, idman zalları və ofisə giriş isə qadağan olunacaq.

“Bolonya" mayın 5-dən etibarən məşqlərə start veriləcəyini açıqlayb. Bu komandada eyni şərtlər altında məşq edəcək. Klubun məşqçi və texniki heyətinin hazırlıq prosesində iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İtaliyada  mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

Xəbər lenti