Bakıda avtomobil qadını vurdu

HADİSƏ
23:20
2 May 2020
142

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.M.Şərifzadə prospektində avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əliyeva İradə Əliağa qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti