Millimizin üzvü 66 ölkənin ən yaxşı futbolçuları sırasında - Video

İDMAN
22:55
2 May 2020
73

"Givemesport" nəşri İngiltərə Premyer Liqasında ölkələrinin millisi təmsil edən ən yaxşı futbolçuların siyahısını dərc edib.

Sabah.az xəbər verir ki, 66 fərqli yığmaların oyunçularının olduğu siyahıda "Vulverhempton"da çıxış edən millimizin üzvü Renat Dadaşov da yer alıb.
 
Yazıda onun Premyer Liqadakı yeganə azərbaycanlı oyunçu olduğu vurğulanıb. 20 yaşlı hücumçunun hələ əsas komandada debüt etmədiyi, ancaq ölkəsinin millisində 6 dəfə oynadığı qeyd olunub.

Xəbər lenti