TƏBİB COVİD-19-la bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
22:42
2 May 2020
140

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 967 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 2-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 152 597 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 46 nəfər sağalıb. İndiyə kimi ölkədə 1 894 nəfərdə koronavirus aşkarlanıb, onlardan 25 nəfəri dünyasını dəyişib, 1 411 şəxs sağalıb.

 

Xəbər lenti