İki avtomibil toqquşdu, ölən və yaralananlar var - Foto

HADİSƏ
20:40
2 May 2020
102

Göyçay rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri xəstəxanada ölüb.

Xəbər lenti