Bakıdakı xəstəxanada koronavirusla mübarizə aparan xəstələr... - Video
Bakıda koronavirusa yoluxan və hazırda vəziyyəti ağır olan xəstələrin müalicə olunduğu tibb müəssisəsindən reportaj hazırlanıb.
Sabah.az İctimai televiziyaya istinadən xəbər verir ki, çəkiliş zamanı 4 gündür müalicə alan 61 yaşlı xəstənin vəziyyəti ağırlaşdığı üçün o da reanimasiya şöbəsinə qaldırılır. Xəstəxananın həkimi bildirib ki, insanlar belə ağır vəziyyətə düşməmək üçün sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər:
"Təəssüf ki, bəzi insanlar belə bir xəstəliyin olduğuna inanmırlar. Evdə oturmaq çətin deyil, amma burada reanimasiyada olmaq, xəstə olmaq, boğulmaq çox çətindir".
Xəstələrdən biri, Gəncə sakini Mirhüseyn Məmmədov koronavirusa yoluxduqdan sonra hiss etdiyi ilkin əlamətlərdən danışıb: "İki gün hiss etdim ki, yeriyəndə halsız oluram. Sonra temperaturum 37,2-37,3 dərəcə olub. Fikirləşdim yəqin keçib gedər".
Daha çox