“İkarus” markalı avtobusun vurduğu qadın öldü
14:46
2 May 2020
177Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az Azərtac-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Daha çox