İki postda “saxla” əmrinə tabe olmayan sürücü saxlanıldı

XƏBƏR
12:55
2 May 2020
219

Oğuz rayonunda karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, karantin rejimi ilə əlaqədar rayonların giriş-çıxışlarında yaradılan postlarda Qəbələdən Oğuz rayonu istiqamətdə hərəkət edən “OKA” markalı avtomobilin sürücüsünə hər iki postda “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən həmin avtomobil təqib edilib.

Saxlanılarkən sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da məlum olub.

Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və o, cərimə edilib.

Xəbər lenti