Avtomobil Kür çayına aşdı - Azyaşlı öldü, yaralılar var
Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “VAZ2107” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Daha çox