Bu verilişlər zamanı energetik içkilərin reklamı qadağan edilir
Azərbaycan uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir.
Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Reklam haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.
Qanuna təklif edilən dəyişiklik səsverməyə qoyularaq II oxunuşda qəbul edilib.
Daha çox