Milli Məclisin iki şöbəsi ləğv edildi

ÖLKƏ
21:26
1 May 2020
149

Milli Məclis Aparatının iki şöbəsi ləğv edilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv edilərək Ümumi şöbəyə birləşdirilib.

Qeyd edək ki, Komitə və komissiyalar ilə iş şöbəsinin müdiri Şahin Mansurov, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə olub.

Xatırladaq ki, Ümumi şöbənin müdiri Təlatüm Quliyev vəzifəsindən azad edilib, bu vəzifəyə Ümumi şöbənin müdir müavini olmuş Gülnarə İsmayılova təyin edilib.

Xəbər lenti