Bakı-Naxçıvan reysi ilə bağlı açıqlama
Bakı-Naxçıvan təyyarə reysi hələ açılmayacaq.
Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən İ. Məmmədov bildirib ki, Naxçıvan sarı, Bakı isə narıncı zonadır, ona görə də yoluxmanın qarşısını almaq üçün bu məsələ hələ baxılmamış qalıb. Nazirlik rəsmisi növbəti mərhələdə həmin məsələyə baxılacağını deyib.
Daha çox