Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - Rəsmi

XƏBƏR
18:56
1 May 2020
121

“Tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib".

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq:

"Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.

Xəbər lenti