“Bandotdel” Gülər Əhmədovanın oğlunu saxladı

XƏBƏR
16:52
12 Fevral 2020
155

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Xəbər lenti