Repetitorlar necə fəaliyyət göstərəcək? - Rəsmi açıqlama
“Hərbi xidməti tamamlayanlarla bağlı qaydalar hazırlanıb”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu qaydaların tətbiqinə başlanılacaq.
Ramin Bayramlı qeyd edib ki, repetitorların fəaliyyəti ilə bağlı da qaydalar var: “Amma bu qaydaların tətbiqi üçün repetitorlar leqal işləməlidirlər”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, repetitorlar yalnız eyni vaxtda bir şagirdə dərs deyə bilər: “Qrup şəklində məşğələyə icazə yoxdur”.
O bildirib ki, bu gün Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsi ilə bağlı açıqlama verəcək.
Daha çox