Metro ilə bağlı rəsmi açıqlama
“Ötən il olduğu kimi fikirləşə bilmərik ki, rayonlara səyahət edəcəyik, qohumlarımıza baş çəkəcəyik”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, turizm və otelçiliklə bağlı qaydalar hazırlanır, təsdiqləndikdən sonra yayımlanacaq:
“İctimai nəqliyyat - metro, marşrut və taksilərdə davranış qaydaları tətbiq olunacaq. Növbəti bir il həyatımız pandemiyadan əvvəlki kimi olmayacaq”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, Bakı Metropoliteninin açılması müzakirə olunur:
“Ola bilər növbəti həftələrdə qərar olsun. Qərar verilən kimi ictimaiyyətə açıqlanacaq”.
Daha çox