Dövlət qurumlarının işçiləri ilə bağlı - Qərar

GÜNDƏM
17:00
1 May 2020
149

Azərbaycanın bəzi rayonlarında dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur.

Sabah.az xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, həmin ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə isə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur. Qeyd edilir ki, fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək.

Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.

Xəbər lenti