Bəzi rayonlar və şəhərlərarası gediş-gəliş bərpa edilir

ÖLKƏ
16:31
1 May 2020
199

Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

Sabah.az xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, bu ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır.

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.

Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.

Xəbər lenti