Bir hakim işdən çıxarıldı, dördü töhmət aldı
Məhkəmə-Hüquq Şurası (MHŞ) qanunvericiliyin kobud pozulmasına, süründürməçilik və digər neqativ hallara görə 4 hakimə töhmət verib.
Sabah.az xəbər verir ki, bu barədə MHŞ-nin məlumatında bildirilir.
Bundan əlavə, Şura Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Buna Etik Davranış Kodeksinin tələblərinin pozulması və hakim adına ləkə gətirən hərəkətlərə yol verilməsi səbəb olub.
Daha çox