Nizami Bəhmənovun oğlunun bıçaqladığı arvadı iflic oldu
"Həkimlər deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Ömür boyu yatağa məhkum olacaq".
Sabah.az xəbər verir ki, bu sözləri Axar.az-a fevralın 1-də Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.
E.Zeynalova bildirib ki, hələ də qızının vəziyyəti ağır olaraq qalır:
“Hələ bilinmir danışa biləcək, ya yox. Çünki özünə gələndə danışa bilmir. Bəzi səslər çıxarır, ancaq danışmır, söz deyə bilmir.
Həkimlər təhlükəni adlayıb-adlamadığı barədə bir söz deyə bilmir. Ümumiyyətlə, düzəlməyə də bilər, çünki durumu çox ağırdır. Ancaq sağalsa da, yatağa məhkum olacaq. Cavan yaşında qızım şikəst oldu”.
Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlayıb.
Daha çox