Yeni Baş prokuror parlamentdə çıxış etdi

GÜNDƏM
11:27
1 May 2020
141

“Mənə etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib:

“Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə sosial və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu da əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.

K.Əliyev deyib ki, bundan sonra da Azərbaycan Baş Prokurorluğunda göstərilən etimadı doğrultmaq üçün lazımi tədbirlər görəcək: "Azərbaycan prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək".

Xəbər lenti