Kamran Əliyev yeni Baş prokuror seçildi
Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələ barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev məlumat verib.
Ə.Vəliyev qeyd edib ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.
Daha çox