Tibbi maska taxan bıçaqlı şəxs “Oba”ya basqın etdi

HADİSƏ
10:43
1 May 2020
115

Bakıda "Oba" mağazalar şəbəkəsinin bir dükanına basqın olunub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nurullayev Cavad İlqar oğlu polisə müraciət edərək məlumat verib. O bildirib ki, aprelin 29-u saat 21 radələrində Xətai rayonu, Gəncə prospektində yerləşən və administrator işlədiyi "Oba" marketdə olduğu zaman tibbi maska taxan naməlum kişi bıçaqla onu hədələyərək kassada olan 1200 manat pulu götürərək qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti