TƏBİB bugünkü test sayını açıqladı

GÜNDƏM
21:47
30 Aprel 2020
39

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 700 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 30-na açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 143 079 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 58 nəfər sağalıb. İndiyədək ölkədə 1 804 nəfərdə koronavirus aşkarlanıb, onlardan 24 nəfəri dünyasını dəyişib, 1 325 şəxs sağalıb.

Xəbər lenti